Rusiyada koronavirusa yoluxma artır - SON RƏQƏM

Rusiyada koronavirusa yoluxanların sayı 850 mini ötüb. ONN media xəbər verir ki, bununla da ölkədə COVID-19 daşıyıcılarının ümumi sayı 850 min 870-ə çatıb. Koronavirus İnfeksiyasına Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, son sutkadan ölənlərin sayı 70 nəfər artaraq 14 min 128 olub. Xəstəlikdən sağalanların sayı isə 650 min 173-dür. Rusiyada bu günədək 28 milyon 700 min nəfər koronavirus testindən keçirilib.