Qazaxıstanın konsulu Beyrutda xəsarət aldı

Beyrutda baş vermiş partlayış nəticəsində Qazaxıstanın Livandakı konsulu Baqlan Spabek xəsarət alıb, diplomatik nümayəndəliyin binasına zərər dəyib. ONN media xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat xidməti məlumat yayıb. Nazirlikdən bildiriblər ki, diplomatlar yerli hakimiyyətlə operativ əlaqə saxlayaraq Livan ərazisində yerləşən Qazaxıstan vətəndaşlarının vəziyyəti haqqında məlumatlar toplayırlar.