Tələbələrin təhsil haqqı azaldılsın — DEPUTATDAN TƏKLİF

Seçicilərdən təhsillə bağlı çox müraciətlər almışam. Pandemiya ilə bağlı universitetlərdə dərslər olmadı. 2020 və 2021-ci il üçün tələbələrin təhsil haqqının azaldılmasını təklif edirəm. ONN media xəbər verir ki, bu sözləri deputat Erkin Qədirli “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi haqqında danışarkən deyib. Deputat əlavə edib ki, univetsitetlər açıldığı təqdirdə hökumətdən xahişim odur ki, tələbələrin təhsil haqqı yarıbayarı azaldılsın.