Füzulidə traktor qoşquları ilə birgə YANDI

Bu gün Füzuli rayonunda yanğın olub. ONN media xəbər verir ki, rayonun Qarabağ kəndində ”Belarus” markalı traktorun 2 ədəd qoşqusunun yanar hissələri və qoşqulara yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.