SON DƏQİQƏ: Silahlı şəxs bankda 4 nəfəri girov götürdü

SON DƏQİQƏ: Silahlı şəxs bankda 4 nəfəri girov götürdü

Fransanın Havr şəhərində silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb. ONN media  xəbər verir ki, hazırda bankın binasında 4 nəfər var, 2 nəfər bankdan çıxa bilib. Bildirilir ki, silahlı şəxs yerli vaxtla təxminən saat 17:00-da banka daxil olub və tələblər irəli sürüb. Tələblərin nədən ibarət olduğu barədə məlumat verilmir. Hadisə yerinə terrorla mübarizə üzrə xüsusi polis qüvvələri cəlb edilib, bankın binası mühasirəyə alınıb. Məlumata görə, şübhəli şəxs psixi problemləri olan 34 yaşlı yerli sakindir.

Geri qayıt