Qırıcı və bombardmançılar YENİDƏN QARŞI-QARŞIYA: Qara dənizdə nəfəskəsən anlar yaşandı

Qırıcı və bombardmançılar YENİDƏN QARŞI-QARŞIYA: Qara dənizdə nəfəskəsən anlar yaşandı

ABŞ Hərbi Hava Qüvvələrinin RC-135 strateji kəşfiyyat təyyarəsi və ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A Poseydon patrul təyyarəsi Qara dəniz üzərindən Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşıb. ONN media xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısı ABŞ təyyarələrinin qarşısını kəsib. Kəşfiyyat təyyarələri Rusiya Federasiyasının dövlət sərhədindən uzaqlaşdıqdan sonra Rusiya qırıcısı etibarlı şəkildə bazasına qayıdıb. Qeyd edək ki, bənzər hadisə 7 avqustda da reallaşmışdı.

Geri qayıt