YAP İcra Katibliyində yoluxma... - Hüseyn Paşayev

YAP İcra Katibliyində yoluxma... - Hüseyn Paşayev

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində koronavirusa yoluxma halı qeydə alınmayıb. ONN media xəbər verir ki, bunu Publika.az-a açıqlamasında hakim partiyanın sözçüsü Hüseyn Paşayev deyib. YAP funksionerinin sözlərinə görə, ümumilikdə partiya üzvləri arasında koronavirusa yoluxma halları var: “Ancaq bu barədə heç bir qeydiyyat aparmamışıq. Əlbəttə, ölkədə yoluxma varsa, sıralarında yüzminlərlə üzvü birləşdirən YAP da bundan kənarda qala bilməzdi”.

Geri qayıt