Bakının bu ərazisi işıqsız qaldı

Hazırda Nəsimi rayonu ərazisində təftiş gedir. Ərazidə işıqların sönməsinin səbəbi də budur. Bir saata kimi həmin ərazidə elektrik enerjisinin verilməsi bərpa olunacaq. Bu barədə ONN media -ya "Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən bildirilib. Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nəsimi rayonu ərazisində elektrik enerjisinin verilməsi dayandırılıb.