Su-57 qırıcıları ilə bağlı açıqlama: İlin sonuna kimi...

Beşinci nəsil Su-57 qırıcıları və İl-76MD-90A hərbi nəqliyyat təyyaraləri ilin sonuna kimi Rusiya ordusuna təhvil veriləcək. ONN media xəbər verir ki, bunu Rusiya Hərbi Hava Qüvvələri komandirinin köməkçisi Sergey Dronov deyib. “Cari il ərzində Su-34, Su-35C qırıcıları, Yak-130, L-410UVP-E20 hərbi təlim təyyarələri, müxtəlif dəyişikliklərlə Mi-8 və Mi-28 helikopterleri təhvil verilib. İlin sonuna qədər isə beşinci nəsil Su-57 qırıcıları və İl-76MD-90A hərbi nəqliyyat təyyarələrinin ordunun invertarına daxil edilməsi planlaşdırılır”, - S.Dronov bildirib.(axar.az)