Ərdoğanla Merkel arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub. ONN media bildirir ki, danışıqlar zamanı tərəflər Şərqi Aralıq dənizi regionunda hazırkı vəziyyət başda olmaqla digər regional məsələləri müzakirə ediblər. R.T.Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizindəki məsələlərin beynəlxalq hüquq çərçivəsində və dialoq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib.