ABŞ İranın daha 4 tankerini ələ keçirdi

ABŞ İranın daha 4 tankerini ələ keçirdi

ABŞ İrana aid 4 neft tankerini girov götürüb. ONN media  xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri iddia yayıb. Xəbərə görə, “Luna”, “Pandi”, “Berinq”, “Bella” adlı tankerlər Hyuston limanına aparılıb. Qəzetə bu barədə danışan rəsmi mənbələr bildirib ki, tankerlər ABŞ-ın İrana qarşı sanksiyalarını pozub. İranın Karakasdakə səfiri Höcətullah Sultani iddianı təkzib edib. O, tankerlərin İrana aid olmadığını bildirib. Qeyd edək ki, Liberiya bayrağı altında üzən tankerlər Yunanıstan mənşəli ixracatçılara aiddir.

Geri qayıt