“Mercedes” markalı minik avtomobili və avtobus toqquşub: ÖLƏN VAR

“Mercedes” markalı minik avtomobili və avtobus toqquşub: ÖLƏN VAR

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən ONN media -ya  verilən məlumata görə, “Mercedes” markalı minik avtomobili və “İkarus” markalı avtobus toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Əmrahov Şəmkir Heydər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Geri qayıt