ABŞ Əsəd rejiminə aid hədəfləri vurdu: Ölən və yaralananlar var

ABŞ helikopterləri Əsəd rejiminə aid nöqtələri hədəf alıb, ölən və yaralananların olduğu bildirilir. ONN media xəbər verir ki, Əsəd qüvvələrinin Türkiyə-Suriya sərhəd xəttində yerləşən Qamışlı bölgəsində vurulduğu deyilir. Hücumda 1 əsgərin öldüyü, 2-nin isə yaralandığı qeyd edilib. Bölgədəki gərginliyə ABŞ-ın YPG terror təşkilatına verdiyi dəstəyin səbəb olduğu təxmin edilir.