Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilir. Bu barədə ONN media -ya Təhsil Nazirliyindən məlumat verilib. Valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemindən övladının şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçə bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqustun 20-dən başlanılacaq. Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Geri qayıt