Bu tarixədək alınan biletlər yenidən dəyişdirilə bilər

Bu tarixədək alınan biletlər yenidən dəyişdirilə bilər

2020-ci ilin 25 oktyabradək uçuş dövrünü əhatə edən aviabiletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər. AZAL-dan ONN media -ya verilən məlumata görə, açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır: “Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul-sənəd təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür”.

Geri qayıt