Tovuzda yol qəzası oldu: Yaralılar var

Tovuzda yol qəzası oldu: Yaralılar var

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ONN media xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kənd yolunda qeydə alınıb. Avtomobil qəzası zamanı Tovuz rayon sakinləri, 1995-ci il təvəllüdlü İlkin Hüseynov, 1997-ci il təvəllüdlü Misirxan Əlirzayev və 1995-ci il təvəllüdlü Elvin Hüseynov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.(report)

Geri qayıt