Bakıda ikimərtəbəli ev KÜL OLDU
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 70 m² sahədə yanıb. ONN media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
