Malidə qiyamçılar prezident və baş naziri HƏBS ETDİLƏR
Malidəki üsyançıların lideri Bamakoda ölkə prezidenti İbrahim Bubakar Keita və baş nazir Bubu Sissenin həbs olunduğunu açıqlayıb.
ONN media xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.
“Biz sizə deyə bilərik ki, Prezident və Baş Nazir bizim nəzarətimiz altındadır. Biz onları orada - prezidentin iqamətgahında həbs etdik. Prezident və Baş Nazir onları Katiyə aparan zirehli transportyordadır”, - qiyamçıların nümayəndəsi agentliyə bildirib.
Bazar ertəsi səhər qiyamın başladığı Katidə hərbi baza yerləşir.
Hərbi mənbə “RİA Novosti”yə məlumatı təsdiq edib. Bildirib ki, ordu Prezident Keyta və Baş Nazir Sisseni həbs etdikdən sonra Malidə uğurlu hərbi çevriliş baş verib.
