Müsavat Partiyasından oğurluq: polisə müraciət edildi

“Bu gecə naməlum şəxslər Müsavat Partiyasının qərargahına girib”. ONN media xəbər verir ki, bu barədə Müsavat Partiyası başqanı Arif Hacılı “Facebook” hesabından bildirib. Onun sözlərinə görə, dəmir barmaqlıqlar kəsilib, pəncərələr sındırılıb: “Hələlik 2 kondisionerin aparıldığı məlumdur. Polisə müraciət olunub. İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır”.