Türkiyə ordusu İdlibdə rus PUA-larını vurub?

Suriyanın İdlib şəhərində ötən gün 2 PUA məhv edilib. ONN media xəbər verir ki, bəzi mənbələr vurulan PUA-ların Rusiyaya məxsus olduğunu iddia edib. İddiaya görə, PUA-lar Türkiyə Silahlı Qüvvələri tərəfindən raket zərbələri ilə vurulub. Ancaq hadisə ilə bağlı nə Rusiya, nə də Türkiyə rəsmi məlumat yayıb. Bundan başqa, vurulan PUA-ların ölçülərinin böyük olması müəyyənləşib. Bildirilib ki, bölgədə Rusiyaya məxsus bu böyüklükdə PUA-lar yoxdur. ABŞ ordusuna məxsus mənbələr isə PUA-ların onlara məxsus olduğunu deyib: “İdlibin şimalında uçan 2 PUA havada toqquşub. Hər iki PUA MQ-9 Reaper tipli olub. ABŞ bölgədə bu tipli PUA-lardan əməliyyatlar və kəşfiyyat məlumatları toplamaq məqsədilə istifadə edir”.