SON DƏQİQƏ: Türkiyə ordusu hərəkətə keçdi - Terrorçular MƏHV EDİLDİ

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Metina bölgəsində səkkiz terrorçunu zərərsizləşdirib. ONN media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, məhv edilən terrorçular terror aktı törətməyə cəhd göstərirmişlər. Türkiyə ordusu antiterror əməliyyatlarını davam etdirir.