Rusiya yeni AK-12-lərin ixracına başladı

“Kalaşnikov” yeni AK-12 silahlarını qonşu ölkələrə ixrac etməyə başlayıb. ONN media xəbər verir ki, bu barədə şirkətin baş direktoru Dmitri Tarasov danışıb. Onun sözlərinə görə, şirkət AK-12-lərin Rusiya Müdafiə Nazirliyinə 2020-ci ilədək verilməsi ilə bağlı öhdəliklərini yerinə yetirib və artıq 2021-ci ilin sifarişlərinin hazırlığına başlayıb. Hələlik bu silahlarının hansı ölkələrə ixrac olunduğu açıqlanmır. Qeyd edək ki, AK-12 avtomatı yeni platforma olaraq nəzərdə tutulub və bunun əsasında müxtəlif kalibrli həm hərbi, həm də mülki silahların istehsalı planlaşdırılır.