"Lotu Quli"nin dəfn mərasimi başlayır

Bir gün əvvəl Türkiyənin Antalya şəhərində öldürülən azərbaycanlı əfsanəvi "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) dəfn mərasimi İstanbulda baş tutacaq. ONN media xəbər verir ki, "Lotu Quli" İstanbulun mərkəzi qəbiristanlıqlarından birində dəfn ediləcək. Onun dəfni günorta namazından sonra başlayacaq. Xatırladaq ki, Nadir Səlifov Antalyada yerləşən otellərdən birində başından 4 güllə ilə vurulmuşdu. N.Səlifovun qatili Xan ləqəbi ilə tanınan kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçsa da, lakin Antalya - Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.(Virtualaz.org)