Əli Əsədov sərəncam İMZALADI

Əli Əsədov sərəncam İMZALADI

Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. ONN media  xəbər verir ki, sərəncamla Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib: Şuranın sədri Möhsün Nağısoylu – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Şuranın üzvləri: Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Mahirə Hüseynova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Geri qayıt