Abel Məhərrəmovun bacısından SƏRT AÇIQLAMA: “Adamı toya çağıranda gedərlər!”

Abel Məhərrəmovun bacısından SƏRT AÇIQLAMA: “Adamı toya çağıranda gedərlər!”


Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qız nəvəsinin toy mərasimi keçirilib.

Ramiz Mehdiyevin Novxanıda yerləşən bağ evində təşkil olunan toy mərasimində bir sıra vəzifəli şəxslər iştirak ediblər. ONN media  xəbər verir ki, toyda iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov isə Ramiz Mehdiyevin şərəfinə “tost” deyib. Məsələ ilə bağlı  telefona sabiq rektorun bacısı aqressiv şəkildə cavab verib: “Axı Abel müəllim nə pis iş görüb? Məgər biz cinayətkarıq? Məgər biz toy etmişik? Adamı toya çağıranda gedərlər!”.(Demokrat.az)
Geri qayıt