Koronavirusla mübarizəyə 15 min tibb işçisi cəlb olunub — RƏSMİ

Koronavirusla mübarizəyə 15 min tibb işçisi cəlb olunub — RƏSMİ


“Bu günə qədər koronavirusla mübarizəyə qoşulan həkim personalının fəaliyyəti yüksək qiymətləndirilir”.

ONN media xəbər verir ki, bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov bu gün operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində deyib. O bildirib ki, bu gün 15 min tibb işçisi koronavirusla mübarizə aparır: “Ümumilikdə 54 xəstəxana COVID-19-la mübarizəyə cəlb olunub. Hazırda onlardan 34-də koronavirusla mübarizə çərçivəsində xəstələr müalicə alır. Növbəli olaraq 3-5 min tibb işçisi koronavirus xəstələrinə xidmət edir”. Onun sözlərinə görə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası da koronavirusla mübarizəyə qoşulduğu gündən yüksək səviyyədə xəstələrə xidmət göstərib: “Xəstəxanamızın çarpayı bazası, süni tənəffüs aparatları və xəstəliyin mübarizəsində zəruri olan avadanlıqlarla təmin olunub”.
Geri qayıt