Nazirdən yeni təyinat

Kürdəmir Rayon Polis Şöbəsinə əməliyyat üzrə rəis müavini təyin edilib. ONN media xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Anar Əliyev Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini vəzifəsindən azad olunaraq Kürdəmir Rayon Polis Şöbəsinə əməliyyat üzrə rəis müavini təyin edilib.