Rusiyada sutkada rekord yoluxma

Rusiyada son sutka ərzində daha 4 852 nəfərdə koronavirus aşkarlanıb, 73 nəfər dünyasını dəyişib. ONN media bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib. Bununla da ölkədə xəstələnənlərin sayı 956 749-a, virus qurbanlarının sayı isə 16 383-ə yüksəlib. Bundan əlavə, indiyədək 770 639 xəstə sağalıb. Ölkədə 169 727 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.