Lukaşenko əlində avtomat İstiqlaliyyət Sarayına gəldi - VİDEO

Lukaşenko əlində avtomat İstiqlaliyyət Sarayına gəldi - VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenkonun vertolyotu Minskdə İstiqlaliyyət Sarayının ərazisində eniş edib. ONN media  xəbər verir ki, dövlət başçısı nəqliyyat vasitəsindən bronjiletdə və əlində avtomatla çıxıb. Həmin anın videosunu Belarus liderinin Mətbuat Xidmətinə yaxın olan “Pul pervoqo” teleqram kanalı yayımlayıb. Kadrlardan görünür ki, avtomatın maqazini yoxdur. Qeyd edək ki, Minskdə çoxminlik etiraz aksiyaları davam edir, onların iştirakçıları avqustun 9-da keçirilən prezident seçkilərində səslərin yenidən hesablanmasını, həmçinin yeni səsvermənin keçirilməsini tələb edirlər. https://youtu.be/iyvz_KtzQ4U

Geri qayıt