İsa Həbibbəyli "nəvə toyu"nda iştirak edib? - AÇIQLAMA

İsa Həbibbəyli "nəvə toyu"nda iştirak edib? - AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qurumun birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirib. ONN media xəbər verir ki, sosial şəbəkələrdə akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir. Qeyd olunub ki, akademik İsa Həbibbəyli avqustun 18-i saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana gedib, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olub. Məzuniyyət dövrünə aid olduğu üçün avqustun 24-dək Naxçıvanda qalıb.(publika.az)

Geri qayıt