Bu ölkədə Ermənistanın işğalçı siyasəti barədə lövhə quraşdırıldı

Braziliyanın əsas magistral yollarından birində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə məlumatlandırıcı lövhə quraşdırılıb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva özünün “Twitter” hesabında yazıb. Paneldə “Ermənistan, Azərbaycana qarşı təcavüzü dayandır!” sözləri yazılıb.