Rusiya Tiflisdə dəyişikliyə hazırlaşır – Plan açıqlandı

Rusiya Tiflisdə dəyişikliyə hazırlaşır – Plan açıqlandı

Gürcüstandakı parlament seçkisində Kreml Vətənpərvərlər Alyansı Partiyasının liderləri İrma İnaşvili və David Tarxan Mouravini dəstəkləyəcək. ONN media xəbər verir ki, bu məlumatı Mixail Xodorkovskinin “Dosye Mərkəzi” yayıb. “Vətənpərvərlər Alyansı Partiyası ölkə hakimiyyətini tənqid edir, NATO və ABŞ-dan üz çevirib, Rusiya ilə münasibətlərin yoluna qoyulmasını istəyir. 2019-cu ildə partiyanın nümayəndələri Moskvaya gələrək, deputatlar Konstantin Kosaçev və Leonid Kalaşnikovla görüşüblər. Partiya ilə iş üçün Moskvadan polittexnoloq Sergey Mixeyev və “Politsekrets” şirkəti təyin edilib. Mixeyevi Rusiya Xarici Kəşfiyyat Xidmətinin ehtiyatda olan generalı Vladimir Çernovun nəzarətində olan FTX-nin ehtiyatda olan polkovniki Valeri Maksimov və Baş Kəşfiyyat İdarəsinin zabiti Valeri Çernışev kurasiya edir. Mixeyev partiyanın dəstəklənməsi üçün Rusiya Prezident Administrasiyasına ilkin plan göndərib. Bu planın dəyəri 700 min dollardır. Bu məbləğin tərkibinə polittexnoloqların yaşayış, qidanlanma və iş xərcləri daxil edilib. Gürcü müxalifətçiləri də artıq Moskvaya tam smeta dəyərini göndəriblər”, – deyə mərkəzin hazırladığı sənəddə yer alıb. Partiyanın mövqeyinin gücləndirilməsinə dair hazırlanan sənəddə, həmçinin rusiyayönlü partiyanın ölkədə mövqeyinin gücləndirilməsi üçün cəmiyyətdə narazılığın artırılması gərəkdiyi vurğulanıb. Üstəlik, partiyaya informasiya dəstəyinin “Sputnik Gürcüstan”, “EurAsia Daily”, “Reqnum” agentlikləri və “Şimal-Cənub” politologiya mərkəzi tərəfindən verilməsinin planlaşdırıldığı bildirilib.

Geri qayıt