Eyni zamanda qripə və koronavirusa yoluxmaq mümkündür?

Payız mövsümünün yaxınlaşması ilə qripin yayılma ehtimalı da artır. Payızda eyni zamanda koronavirusun ikinci dalğasınn yayılması da istisna olunmur. Belə bir vəziyyətdə koronavirus və qripə yoluxmaq daha təhlükəli ola bilər. ONN media xəbər verir ki, rusiyalı mütəxəssis Raisa Kosareva eyni vaxtda həm qripə, həm də koronavirusa yoluxmağın mümkünlüyünü bildirib. Belə vəziyyətdə xəstəlik daha da ağırlaşar və xoşagəlməz nəticələnər. O bildirib ki, qripə qaşrı peyvənddən sonra şəxs koronavirusa yoluxarsa, bu zaman immunitet köməyə çatmaya bilər. Qripin orqanizmdə yeni növ koronavirusa təsirini inkar edən mütəxəssis bunu “mif” adlandırıb: “Viruslar tamamilə fərqlidir. Onlar bir-birinə təsir etmir. Təhlükə ondadır ki, superinfeksiya inkişaf edər. İmmun sistemin özünü necə aparması isə ancaq orqanizmdən asılıdır”. /Cebhe.info/