Bərdədə ata və oğul bıçaqlandı

Bərdədə ata və oğul bıçaqlanıb. ONN media xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində baş verib.
Belə ki, rayonun Məmmədli kənd sakinləri 1973-ci il təvəllüdlü Hacıyev Namiq və övladı 2003-cü il təvəllüdlü Hacıyev Ümüd həmkəndlisi Məmmədov Ruslan tərəfindən bıçaqlanıblar. Hər iki yaralı kənd sakinlərinin köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.