İran səfirliyi Tovuz şəhidlərinin 40-ı ilə əlaqədar başsağlığı verdi

İranın Azərbaycandakı səfirliyi Tovuz rayonunda döyüşlər zamanı həlak olan şəhidlərin 40-cı günü ilə əlaqədar başsağlığı verib. ONN media xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində yazılıb. Başsağlığında deyilir: “Ermənistanla son döyüşlərdə şəhid olan dost və qardaş Azərbaycan Respublikasının hərbçilərinin vəfatının 40-cı günü ilə əlaqədar başsağlığı veririk. Məhərrəm ayı ilə eyni dövrə təsadüf edən şəhidlərin matəmləri bizim kədərimizin daha da artmasına səbəb olmuşdur. Allahdan bütün şəhid ailələrinə səbr diləyirik”.