Şəkidə FACİƏ: 4 yaşlı qız öldü
Şəkidə azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ONN media xəbər verir ki, hadisə Şəki şəhər 1-ci rayon Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb. Belə ki, Qafıl Məcidovun idarə etdiyi mikroavtobus 4 yaşlı Alxasova Solmaz Pərviz qızını vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan azyaşlı dərhal Şəki RMX-na çatdırılıb. Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
