Akar: Ermənistan arxasındakı güclərə güvənir

Akar: Ermənistan arxasındakı güclərə güvənir

Ermənistan boyunu aşan işlərə təşəbbüs göstərir. ONN media xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə açıqlamasında deyib. “Azərbaycan türkü bizim öz qardaşımızdır. Bir millət, iki dövlətik. Biz burada əlbəttə ki, Azərbaycanın tərəfindəyik. Ermənistanın hücumunu qınayırıq. Həqiqətən də bu hücumlar heç bir şəkildə müdafiə olunmamalıdır. Türkiyənin qardaşının yanında olduğunu hər kəs bilməlidir. Ermənistan məntiqlə iş görmür. Arxasındakı güclərə güvənərək boyunu aşan işlərə təşəbbüs göstərir. 1915-ci il hadisələri ilə bağlı ortaya atılan iddiaların nə qədər yanlış olduğunu ABŞ arxivində kəşfiyyatçıların hesabatı da deyir”, - Akar bildirib.

Geri qayıt