Bakı-Sumqayıt yolundan istifadə edənlərin NƏZƏRİNƏ! Hərəkət məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolundan istifadə edənlərin NƏZƏRİNƏ! Hərəkət məhdudlaşdırılacaq

Hazırda Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir. ONN media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır. Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq təhlükəsizlik tədbirləri görüləcək. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Geri qayıt