Tədris kursları nə zaman bərpa ediləcək?

Tədris kursları ilə bağlı qərar olduqda ictimaiyyətə məlumat veriləcək. ONN media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib: "Yaxın zamanlarda bununla bağlı məlumat veriləcək. Burada da sıxlıq, epidemioloji göstəricilər nəzərə alınacaq".