Ukraynada müxalifətçilərin olduğu avtobus güllələndi - ÖLƏNLƏR VAR

Ukraynada müxalifətçilərin olduğu avtobus güllələndi - ÖLƏNLƏR VAR

Kiyev-Xarkov şossesində içərisində “Vətənpərvərlər – Həyat naminə” ictimai hərəkatının üzvlərinin olduğu mikroavtobus atəşə tutulub.

ONN media xəbər verir ki, bu barədə ukrayna Radasının deputatı İlya Kiva özünün "Facebook" səhifəsində yazıb.Onun sözlərinə görə, hücum zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb, şəxsiyyətləri hələlik bilinməyən bir neçə nəfər isə girov götürülüb.

Silahlı hücumun “Azov” batalyonunun nümayəndələri tərəfindən edildiyi bildirilir.Polis faktla bağlı araşdırmalara başlayıb.(publika.az)

Geri qayıt