Məşhur azərbaycanlı vəfat etdi

Məşhur azərbaycanlı vəfat etdi

Məşhur fotojurnalist Fərid Xayrulin vəfat edib. ONN media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə mərhumun yaxınları məlumat veriblər. Qeyd edək ki, Fərid Xayrulin – Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür, Azərbaycan Rəssamlar İttifaqının, “Azərbaycanın Fotoqrafları” yaradıcı birliyinin, Azərbaycan Memarlar İttifaqının üzvü idi. 21 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar Mədəniyyət İşçisi” adı verilib.

Geri qayıt