Yasamalda güclü yanğın baş verdi - FHN

Yasamalda güclü yanğın baş verdi - FHN

Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhərinin Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. ONN media  xəbər verir ki, beşmərtəbəli yataqxana binasına bitişik ümumi sahəsi 80 m² olan taxta konstruksiyadan ibarət tikili və içərisindəki ev əşyaları 74 m² sahədə, yataqxana binasının birinci mərtəbəsinin dəhlizində dolab 4 m² sahədə yanıb. Yüksək temperaturdan yataqxana binasının yaşayış olmayan hissəsində birinci və üçüncü mərtəbələr arası pəncərə çərçivələri, ikinci və dördüncü mərtəbələr arası eyvanların taxta üzlükləri qarsalanıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt