Ağcabədidə bir neçə evdə yanğın oldu

Ağcabədidə bir neçə evdə yanğın oldu

Ağcabədi rayonunda bir-birinə bitişik tikilən ümumi sahəsi 72 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 36 m² sahədə, ümumi sahəsi 92 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 50 m² sahədə, ümumi sahəsi 83 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Geri qayıt