Sərnişin səfər sayında MAKSİMAL GÖSTƏRİCİ qeydə alındı
Bu həftə də gündəlik sərnişin səfər sayında maksimal göstərici qeydə alınıb. Bakı Nəqliyyat Agentliyindən ONN media -ya verilən məlumata görə, 1.802.034 səfər sayısı, bu isə 17-21 avqust tarixlərində qeydə alınan göstəricidən 11% çoxdur. Həftə ərzində xəttə çıxan avtobusların sayında da artım olub. Belə ki, bu həftə gündəlik olaraq müntəzəm və ekspres xətlər üzrə 2260 ədədə yaxın avtobus çıxarılıb.
