Bu gün vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edildi - FOTOLAR

Xəbər verildiyi kimi, uzun müddət sürən ağır xəstəlikdən sonra vəfat edən tanınmış meyxanaçı Vüqar Biləcəri Biləcəri qəbiristanlığında dəfn edilmişdir. Bakı Şəhəri İcra Hakimiyyətindən ONN media -ya verilən məlumata görə, bu gün Bakı şəhərində keçirilən genişmiqyaslı dezinfeksiya işləri çərçivəsində meyxanaçının yaşadığı Biləcəri qəsəbəsi Vidadi küçəsi və ətraf küçələr kommunal xidmətlərin xüsusi texnikası və işçiləri tərəfindən dezinfeksiya edilmişdir.