PKK-ya AĞIR ZƏRBƏ: Başına 1 milyon qoyulan terrorçu...

Başına 1 milyon lirə mükafat qoyulan terrorçu PKK-dan qaçıb. ONN media xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. “Bir milyon lirə mükafatla axtarışda olan, PKK-nın Van şəhərinin Başqala rayonundan “məsul” şəxsi sayılan “Şevger Başqala” kod adlı terrorçu Vədat Dəmir təşkilatdan ayrılıb. Buna səbəb PKK-nın dağılma prosesinə girməsi, çox sayda itki verməsi, yaşadığı narahatlıq və ümidsizlik olub”, - məlumatda bildirilib.