Elmira Axundova Saakaşvili ilə görüşdü

Elmira Axundova Saakaşvili ilə görüşdü

Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova ilə görüş keçirib. ONN media xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində bildirib. Görüşdə Ukrayna-Azərbaycan münasibətləri və İslahatlar üzrə Milli Şuranın beynəlxalq fəaliyyət aspektləri müzakirə olunub. M.Saakaşvili qeyd edib ki, şuranın tərkibində bütün postsovet məkanı üçün İslahatlar bürosu yaradılacaq: “Bu, ideyaların generasiyası və islahatçıların konsolidasiyası üçün böyük beynəlxalq mərkəz olacaq”.(report)

Geri qayıt