Polislər velosipedçini odlu silahla vurdu - ETİRAZ BAŞLADI

Polislər velosipedçini odlu silahla vurdu - ETİRAZ BAŞLADI

ABŞ-ın Los-Anceles şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları afroamerikalı velosipedçiyə qarşı zorakılıq törədib. ONN media  xəbər verir ki, bu barədə RİA “Novosti” “CBS News”a istinadən məlumat yayıb. Bildirilib ki, qaradərili şəxslə şerif müavinləri arasındakı insident gecə saatlarında olub. Asayiş keşikçiləri yol hərəkəti qaydalarını pozan şəxsi saxlamağa çalışıb. Bu zaman onlar arasında mübahisə yaranıb və vətəndaş şerif köməkçisini vurub. Daha sonra onun üzərində odlu silah olduğunu görüblər. Bu da hüquq-mühafizə orqanları əməkdaşlarını atəş açmağa məcbur edib. Los-Ancelesin cənubunda baş verən hadisədən sonra şəhər sakinləri etiraz aksiyasına qalxıb. Qeyd edək ki, son olaraq afroamerikalı Corc Floydun polis zorakılığına məruz qalması və ölümündən sonra ABŞ miqyasında geniş etiraz aksiyaları başlanmışdı.

Geri qayıt