Əli Əsədovdan “Beşbarmaq dağı” ilə bağlı - QƏRAR

Əli Əsədovdan “Beşbarmaq dağı” ilə bağlı - QƏRAR

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edib. ONN media xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. Dəyişikliyə əsasən, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Geri qayıt