Türkiyədə yoluxma və ölüm sayında artım

Türkiyədə yoluxma və ölüm sayında artım

Türkiyədə son sutka ərzində koronavirusdan 47 nəfər ölüb. ONN media xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. O bildirib ki, son 24 saatda 109 447 şübhəli koronavirus testindən keçib, onlardan 1572-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 991 nəfər olub, 1003 xəstə isə sağalaraq evə buraxılıb. Türkiyədə ümumilikdə 271 775 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 245 929 nəfər sağalıb, 6417 nəfər ölüb.

Geri qayıt